Bakıya səfir təyin olunan Birol Akgün kimdir?
Bizi izləyin

Nida Xəbər

Bakıya səfir təyin olunan Birol Akgün kimdir?

Xəbər verdiyimiz kimi, Türkiyə XİN rəhbəri Hakan Fidan 5 ölkəyə, o cümlədən Azərbaycana yeni səfir təyin edib.

Publika.az xəbər verir ki, Hakan Fidan Maarif Vəqfinin rəhbəri və beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis Prof. Dr. Birol Akgünü Bakıya səfir təyin edib.

Birol Akgün kimdir?

1968-ci il 25 martda Manisanın Soma rayonunda anadan olan Prof. Dr. Birol Akgün siyasət sahəsindəki uğurları ilə seçilən akademik və ictimai xadimdir. İlk, orta və lisey təhsilini doğulduğu rayonda tamamladıqdan sonra 1993-cü ildə Ankara Universiteti Siyasi Bilgilər Fakültəsinin Dövlət İdarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Türkiyə Milli Təhsil Nazirliyinin təqaüd proqramı ilə ABŞ-də təhsilini davam etdirib, burada Case Western Reserve Universitetində Siyasət Elmi üzrə magistratura (1996) və doktorantura (2000) dərəcələrinə yiyələnib.

2001-ci ildən etibarən Selçuk Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında akademik fəaliyyətə başlayıbr. 2001-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adlarını alıb.

Son olaraq Prof. Dr. Birol Akgün Yıldırım Beyazıt Universiteti Siyasi Bilgilər Fakültəsinin Beynəlxalq Münasibətlər Bölümünün rəhbəri və Maarif Vəqfi İdarə Heyətinin sədri vəzifələrində işləyib.

Onun məqalələri həm beynəlxalq elmi jurnallarda, həm də "Liberal Düşüncə", "National Geographic Türkiyə", "2023", "Tezkire", "SÜ İİBF Sosial və İqtisadi Araşdırmalar" kimi nəşrlərdə yayımlanıb. Bundan əlavə, "Türklər Ensiklopediyası" üçün müxtəlif məqalələr yazıb.

2003-cü ildə Prof. Dr. Birol Akgün "11 Sentyabr, Dəyişən Dünya Tarazlıqları və Türkiyə" mövzulu araşdırması ilə "Milliyet" Qəzetinin Sosial Elmlər üzrə Birincilik Mükafatını qazanıb.

Əsas kitabları arasında "21. Yüzyılın Eşiğinde Türk Dış Politikası" (2001), "Türkiye'de Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven" (2002), "Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi" (2002), "Modern Türkiye'de Siyasi Düşünce: Milliyetçilik" (2002), "11 Sentyabr Sonrasında Dünya, ABD ve Türkiyə" (2006) kimi əsərlər yer alır.

Prof. Dr. Birol Akgün, elmi və ictimai sahədəki töhfələri ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə tanınan bir şəxsiyyətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm