Nida Xəbər
Yaşar Gülər Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusunu açıqladı
“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dekabrin 13-də ölkə parlamentində çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.
Yaşar Gülər Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.
Suriyadaki son hadisələrə də toxunan Türkiyəli nazir, terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına icazə verilməyəcəyini vurğulayıb.
“Beynəlxalq ictimaiyyət Suriyadaki tarixi proseslərə dəstək verməlidir” - deyə, Gülər əlavə edib.
-
Avropa04:20
Zelenskidən Fitsonun görüş təklifinə CAVAB
-
Kriminal03:45
AMAY Abdulla yenə məhkəməyə verildi
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?