Nida Xəbər
Paşinyanın ABŞ-a səfərinin əsl məqsədi üzə çıxdı: Görün Azərbaycanla bağlı nələri öyrənmək istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-7-də Vaşinqtona səfərinin əsl motivlərini bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan yazıb. “Səfərin bəhanəsi Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və Milli Dua Tədbirində iştirakdır. Bu tədbirlər hər il paytaxt Vaşinqtonda keçirilir. Formal olaraq bu, Paşinyanın fevralın 3-də başlayan Vaşinqton səfəri üçün əsas olub.
Ancaq hesab edirəm ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərlə bağlı deyil. Hər kəs bilir ki, Paşinyan iman və dinə olan marağı və ya inancının gücü ilə xüsusilə seçilmir. Üstəlik, dindar olmayan Arsen Torosyanın da səfərdə iştirak etməsi məni təəccübləndirdi. Bu o deməkdir ki, onun səfərinin məqsədi başqadır, dini hadisələr isə sadəcə bəhanədir. Düşünürəm ki, səfərin əsl səbəbləri başqadır. Xüsusilə:
1. Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini anlaması həyati əhəmiyyət kəsb edir. O, ABŞ-ın dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Bayden administrasiyasının Paşinyana verdiyi iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi?
2. Bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlar paketi ilə bağlı mövqeyi Paşinyan üçün həyati əhəmiyyət kəsb edir. O, Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyi davam etdirməyə hazır olub-olmadığını başa düşməlidir.
3. Paşinyan başa düşməlidir ki, bu administrasiya onun “sülh yollarının kəsişməsi” adlanan konsepsiyasında maraqlıdırmı, onun həyata keçirilməsinə nə dərəcədə dəstək verməyə hazırdır.
4. Amerikalıların Türkiyə ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün vasitəçi kimi işləməyə davam edib-etməyəcəyini öyrənməlidir.
5. O, Trampın İran və Rusiyaya qarşı siyasətinin necə olacağını öyrənməlidir ki, bu ölkələrlə münasibətlərdə nə qədər manevr imkanları olduğunu bilsin ki, onlardan nə qədər uzaqlaşa biləcəyini müəyyənləşdirsin.
6. O, bu administrasiyanın ümumilikdə erməni-amerikan strateji tərəfdaşlığında və xüsusilə ABŞ-ın prioritetlərində nə dərəcədə maraqlı olduğunu anlamağa çalışacaq.
Bu suallara ən yaxşı şəkildə Tramp, dövlət katibi, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, müdafiə naziri və müxtəlif dövlət qurumlarının regional rəhbərləri cavab verə bilər. Görək Paşinyan onlardan hansı ilə görüşəcək. Ermənistan hökuməti demokratların seçkilərdə qalib gələcəyinə əmin idi və bu gözlənilməz səfərin təşkilinin səbəblərindən biri də budur”, - politoloq yekunlaşdırıb.
Tural
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO