Nida Xəbər
Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin Xarici İşlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Leyla Əliyeva Ruandanın Gənclər və İncəsənət naziri Sandrine Umutoni ilə də görüşüb. Azərbaycan və Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib. Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradacağı bildirilib.
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO
-
Ekologiya19 Yanvar 21:12
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər - VİDEO
-
Səhiyyə19 Yanvar 20:12
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
-
Cənubi Qafqaz19 Yanvar 19:40
Vitali Balasanyan Bakıya məktub ünvanladı - Nələr yazıb?