Nida Xəbər
Bu il qətlə yetirilən jurnalistlərin sayı açıqlandı
2024-cü ildə peşə vəzifəsini yerinə yetirərkən ən azı 68 jurnalist və media işçisi qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə “UNESKO” məlumat yayıb.
Məlumata görə, bu ölümlərin 60 faizdən çoxu münaqişə zonalarında qeydə alınıb. Bu da son on ilin ən yüksək göstəricisidir.
Məlumata görə, münaqişə zonalarında baş verən 42 qətldən 18-i Fələstində, 4-ü Ukraynada və Kolumbiyada, 3-ü isə İraq, Livan, Myanma və Sudanda qeydə alınıb.
Bundan əlavə, Suriya, Çad, Somali və Konqo Demokratik Respublikasında hər birində 1 jurnalist qətlə yetirilib.
Bu statistika 2023-cü ildə də müşahidə edilən narahatedici tendensiyanın davam etdiyini göstərir: son iki ildə münaqişə zonalarında öldürülən jurnalistlərin sayı 2016-2017-ci illərdən bu yana ən yüksək səviyyəyə çatıb. 2024-cü ildə jurnalistlərin və media işçilərinin öldürülməsi halları 68 nəfərə çataraq, 2023-cü ildəki 74 və 2022-ci ildəki 88 ölüm hadisəsindən az olub.
-
Hadisə14:31Sumqayıtda qızılları götürüb qaçan şəxs tutuldu - VİDEO
-
Sağlamlıq13:11Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...
-
Sağlamlıq12:33Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
-
ABŞ12:13Müəllim şagirdləri aldadaraq onların açıq-saçıq fotolarını yaydı - FOTO
-
Hadisə12:02Bakıda xalq artistinin oğlu döyüldü
-
MDB11:52Moskvalılar ən soyuq gecəni yaşadılar
-
Hadisə11:20General Elbrus Orucovun polkovnik qardaşı vəfat etdi - FOTO
-
Sağlamlıq10:13Həkimdən krandan su içənlərə xəbərdarlıq: "Ciddi təhlükələr var!"






























.jpg)






