Nida Xəbər
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı
Dekabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini, bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edərək, Mehparə Əhmədovanın kollektivdə ədalətli mövqeyi, səmimiyyəti və dürüstlüyü ilə böyük hörmət və nüfuz qazandığını qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mehparə Əhmədova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Mehparə Əhmədovaya Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
-
Dünya16:10
Şoltsun kreslosu laxlayır: Almaniyanı nə gözləyir?
-
Nida Xəbər 15:33
Mehriban Əliyeva Ərdoğanın ifasını paylaşdı - VİDEO
-
Kriminal14:36
Taksiçi xanım müştərisini kimsəsiz yerə apardı: "Gəl sükan arxasına..." - Şok təfərrüat
-
Nida Xəbər 13:20
Hərbi xidmətlə bağlı dəyişikliklər I oxunuşda qəbul edildi
-
Dünya12:36
Əsəd elə plan qurub ki, şeytanın da ağlına gəlməz: bu ölkədə də milyonları var imiş
-
Sosial12:20
DTX-dən əməliyyat: ekstremist qruplaşma ifşa edildi
-
İdman11:36
Planetin ən seksual hokkeyçisi sosial şəbəkəni "partlatdı" - FOTOLAR
-
Nida Xəbər 11:15
Əli Əsədovdan tibbi maska ilə bağlı qərar - Daha 3 il...