“Türkiyəsiz mümkün deyil” - ABŞ Yaxın Şərqdə görün nə planlaşdırır
Bizi izləyin

Dünya

“Türkiyəsiz mümkün deyil” - ABŞ Yaxın Şərqdə görün nə planlaşdırır

Suriyada 61 illik Əsəd rejimi devrildikdən sonra ölkənin gələcəyi müzakirə olunmağa davam edir. Qərb dünyası iki böyük silahlı qüvvənin mövcudluğunu davam etdirdiyi ölkənin gələcək istiqamətini proqnozlaşdırmağa çalışır. Digər maraq doğuran mövzu isə Donald Trampın Suriyada hansı siyasət yürüdəcəyidir.

Publika.az xəbər verir ki, ABŞ-ın məşhur politoloqu professor Villiam Engdahl Yaxın Şərqdəki tarazlıqları pozan inkişafı “Haber Global Web Özel” üçün dəyərləndirib.

Prioritet İŞİD və kürdlərdir

“Əsəd rejimi devrildikdən sonra ABŞ-ın bölgədəki ağır bombardmanlarının sayı 100-ə yaxınlaşıb. ABŞ ölkənin bütün seqmentlərinin yeni hökumətdə təmsil olunmasını və tarazlığın qorunmasını tələb edir və HTŞ-nin tanınması istiqamətində irəliləyir.

Lakin İŞİD-in aradan qaldırılması və kürdlərin muxtariyyəti onun prioritetləridir. İŞİD mövcud vəziyyəti hakimiyyət boşluğu kimi qiymətləndirir və müvəqqəti hökuməti özünə rəqib görür. ABŞ Suriyada İŞİD-i dəstəkləyən hər kəslə üzləşməkdə qərarlıdır, çünki Suriya İŞİD-in 2010-cu illərdə güc qazandığı və böyük gücə çevrildiyi ölkədir”, - politoloq bildirib.

“ABŞ orada qalacaq”

O qeyd edib ki, Donald Tramp Suriyadan çəkiləcəklərini desə də, ABŞ üç kritik səbəbə görə Suriyadakı hərbi mövcudluğunu saxlamalı olacaq: “Trampın prioriteti İran rejimini zəiflətmək, hətta devirmək olacaq. ABŞ İranı Yaxın Şərqə müdaxilə edə bilməyəcəyi bir nöqtədə saxlamaq istəyir. Suriyadakı neft yataqlarının qorunması ABŞ-ın da kommersiya maraqlarına uyğundur və Tramp ilk müddətində neft yataqlarını tərk etməyəcəyini açıq şəkildə bildirmişdi. ABŞ bütün müdafiə diqqətini Rusiya və Çinə yönəltdiyi bir vaxtda başqa bir İŞİD təhlükəsi ilə mübarizə aparmaq istəmir”.

“Türkiyəsiz mümkün deyil”

“Bir həftə ərzində gözlənilməz bir qrup 2020-ci ildən atəşkəs şəraitində olan Suriyada yarım əsrlik hökuməti döyüşmədən devirdi. Bunun əksi də baş verə bilər və biz daha 13 illik vətəndaş müharibəsinin şahidi ola bilərik. Bu daxili qeyri-müəyyənlik dinamikası hər zaman xarici dəstəklərdən qidalandığı üçün ABŞ-ın geri çəkildiyi bir şərait olmamalıdır. Bu baş verərsə, Rusiya, Çin və ya İranın tutacağı mövqeyi proqnozlaşdırmaq çətin deyil. Suriya məsələsinə gəlincə, ABŞ-ın əsl həmsöhbəti Türkiyədir. İndiki vəziyyətdə Suriyanın və dolayısıyla Yaxın Şərqin sabitliyi üçün Türkiyənin yox deyəcəyi gələcəyin mümkün olacağını söyləmək mümkün deyil”, - politoloq vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm