Şuşa sakini: "Qayıtmaq eşqi ilə yaşamışıq"
Bizi izləyin

Nida Xəbər

Şuşa sakini: "Qayıtmaq eşqi ilə yaşamışıq"

“Allah dövlətimizi əbədi var eləsin. Atamı itirdik bu illər ərzində. Görə bilmədi Şuşanı. Həsrətli getdi. Anamın da 84 yaşı var, qayıdır Vətənə. Şükür bu günə”.

Publika.az xəbər verir ki, bu sözləri Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Teymur Hüseynxanov deyib.

Onun sözlərinə görə, həmişə qayıtmaq arzusu ilə yaşayıblar, heç vaxt ümidlərini itirməyiblər.

“Rayondan çıxanda cavan oğlan idim. Bəli, uzun illər keçib. Ancaq bu müddət ərzində heç vaxt ümidimizi itirməmişik. Qayıtmaq eşqi ilə yaşamışıq. Buna əmin olmuşuq”, - deyə T.Hüseynxanov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm