Nida Xəbər
İsrail Prezidenti Azərbaycana başsağlığı verdi
İsrail Prezidenti İsxak Hersoq AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"nın Bakıdan uçan təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", - İsrail Prezidenti qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
-
Nəqliyyat02:43
Təyyarəni istehsal edən "Embraer" şirkətindən AÇIQLAMA: "Buna hazırıq!"
-
Hadisə01:05
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
-
Hadisə00:45
Nazir xəsarət alanların son vəziyyətini AÇIQLADI
-
Elm və təhsil00:14
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
-
Sosial25 Dekabr 23:13
Təyyarə qəzasında həlak olanların cənazələri xüsusi reyslə Bakıya gətiriləcək - RƏSMİ
-
Hadisə25 Dekabr 22:54
Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir - FOTOLAR
-
Hadisə25 Dekabr 20:50
Təyyarənin “qara qutu”su TAPILDI
-
Nida Xəbər 25 Dekabr 20:10
Qəza ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirildi - Tapşırıqlar verildi