Nida Xəbər
Putin təyyarə qəzasından danışdı: Tokayevlə razılığa əsasən...
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus göyərtəsində tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarə qəzanın baş verdiyi Aktauya uçur.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.
“Təyyarə qəzaya uğradı, ölənlər var, çoxlu yaralı. Mən sizin adınıza (MDB dövlət başçıları adından – red.) həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm”, - Putin bildirib.
“Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibb personalı və göyərtəsində lazımi əlavə avadanlıqla birlikdə Aktauya uçur. Biz yaralıların tezliklə sağalacağına ümid edirik və əlbəttə ki, hərtərəfli təhqiqat aparılacağına əminəm. Bu faciə ilə bağlı bütün məsələlərdə xüsusi aviasiya xidmətlərimizin işini razılaşdıracağıq”, - Putin əlavə edib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
-
Region16:43Pezeşkian: "Xaricdən ölkəyə terrorçular göndərilib"
-
İqtisadi gündəm15:41Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
-
İdman15:35Onun iynəsinin biri 250 min dollaradır
-
Sağlamlıq15:27Həkimdən ətiri dəriyə vuranlara xəbərdarlıq: Xərçəng riski var!
-
Magazin215:16Teleaparıcı büsqaltersiz poza verdi - FOTO
-
MDB14:44XTQ texnikaları belə partlatdı - Yeni əməliyyat görüntüləri
-
Region13:54Paşinyanın super avtomobilinin super nömrəsi – FOTO
-
MDB13:44Ruslar Çin təyyarələrində niyə tez-tez həbs olunurlar?: İlginc səbəb










.webp)












.webp)













