Nida Xəbər
Ermənistanın sürətlə silahlanması... - Rəsmi Bakı
İkitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir.
Publika.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
"Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.
Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib", - məlumatda vurğulanıb.
-
Nəqliyyat07:30
Sakinləri qayda pozmağa məcbur edən yol - VİDEO
-
Səhiyyə01:41
Qəzada həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçirilir - CANLI
-
Region01:11
Narinin qətli ilə bağlı məhkəmə BELƏ QƏRAR VERDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlər ola bilər
-
İdman28 Dekabr 23:00
"Qarabağ"ın "vuran ayağı" "Sevilya"ya keçir - Bu tarixə kimi...
-
Magazin228 Dekabr 21:00
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
-
Ekologiya28 Dekabr 20:12
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Sosial28 Dekabr 19:24
Milli Qəhrəmanın oğlunun toyudur - FOTO