Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
Bizi izləyin

Sosial

Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiq edib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat (+4,2 %) olacağı gözlənilir.

Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək:

“2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var. Vətən Müharibəsi başa çatdıqdan sonra 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır. Bu, o deməkdir ki, maaş, pensiya, müavinət və təqaüdlərə əvvəlki illərlə müqayisədə daha çox vəsait nəzərdə tutulur. Bu vəsaitərin 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq”.

Deputat diqqətə çatdırıb ki, əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşın pensiyalarına şamil olunacaq:

Azərbaycanın müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq. Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm