Nida Xəbər
Hesablama Palatası: Dövlət vəsaitinin icrasında əsassız ödənişə yol verilir
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumda növbəti Kollegiya iclası keçirilib.
Publika.az Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub.
Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir. Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
-
MDB17:28Rusiyada nə baş verir?-Bütöv şəhəri qaz və aseton qoxusu bürüdü
-
Avropa16:18Almaniyanın ən güclü Atom Elektrik Stansiyası belə partladıldı - VİDEO
-
Avropa15:24Şok faktlar aşkarlandı: Narkotiki ədviyyat və şirələrə vururlarmış...
-
Magazin215:12Castin Biberin həyat yoldaşı: "Çoxlu uşaq istəyirəm!"
-
Magazin214:11Rusiyanın məşhur müğənnisi zəhərləndi: Xalq artistini öldürməyə çalışıblar?
-
MDB13:53DTX-dan tarixi əməliyyat: 2 kilo uranı Çinə aparmaq istədilər
-
ABŞ10:05Tramp: "Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik!"
-
Digər09:33Silahlı rus Cənubi Koreyada dəhşət saçdı - VİDEO





















.jpg)
















