Nida Xəbər
Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.
Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.
-
Nida Xəbər 20:12
Azərbaycanlı yüksək vəzifəyə təyin edildi - Zelenskidən sərəncam
-
Ekopublika.az19:00
ƏDV ilə bağlı daha bir qərar qüvvəyə mindi: 8 il müddətinə...
-
Nəqliyyat18:48
Bu yollarda tıxac var - SİYAHI
-
Nida Xəbər 15:24
Saakaşvili türmədən açıqlama verdi: "Əliyev Rusiyanın barbarlığını ifşa etdi"
-
Hadisə14:48
Bakıda polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub - VİDEO
-
Nida Xəbər 14:08
Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi
-
Qoroskop12:00
2025 onların ilidir - Bu bürclər tezliklə EVLƏNƏCƏKLƏR
-
Magazin210:48
Ümrə ziyarətinə gedən "Polat Alemdar" tanınmaz halda - FOTO