Naxçıvanda ilin ilk körpələri əkiz oldu
Bizi izləyin

Sosial

Naxçıvanda ilin ilk körpələri əkiz oldu

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

Publika.az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulublar.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 1:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Aytac Tahir qızı Seyidova əkiz oğlan uşaqları dünyaya gətirib. 38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir.

Qeyd edək ki, ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm