Nida Xəbər
Azərbaycan bunu edən ilk ölkələr sırasında yer aldı
Azərbaycan BMT-nin 2025-ci ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Publika.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq deyib.
F.Haq bildirib ki, son bir həftədə Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İrlandiya, Niderland, İsveç və Ukrayna BMT-nin bu ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Azərbaycan ötən illərdə olduğu kimi bu il də BMT-nin büdcəsi üçün üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər ölkəmizlə yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişi həyata keçirib.
Qeyd edək ki, BMT-nin büdcəsi 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir. Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilən qətnamə ilə təşkilata daxil olub. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın Dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
(Report)
-
ABŞ02:19
Bayden Trampa məktubunda görün nə yazıb
-
ABŞ01:30
Sinif yoldaşlarını güllələdi, sonra özünü öldürdü
-
Qoroskop00:50
Günün qoroskopu: Maddi məsələlərdə diqqətli olun!
-
Dünya22 Yanvar 22:56
79 nəfərə məzar olan hoteldən dəhşətli kadrlar – VİDEO
-
Sağlamlıq22 Yanvar 22:20
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
-
Ekopublika.az22 Yanvar 21:31
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
-
Magazin122 Yanvar 21:19
Nadir Qafarzadə oğluna toy edir
-
Elm və təhsil22 Yanvar 19:35
Məktəblərdə 5 gün dərs olmayacaq - Rəsmi