Nida Xəbər
AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.
“Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb”, - Bozumbayev bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

-
Sosial09:50
DİN-dən yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 09:40
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB
-
Ekologiya09:25
Bu rayona 79 sm qar yağdı - Faktiki hava
-
Nəqliyyat09:20
Azərbaycanda dəmir yolu marşrutları üzrə sürət həddi endirildi
-
Magazin108:55
Elnur oğluna dəbdəbəli ad günü etdi: məşhurlar axışdı - VİDEO
-
Dünya08:40
Antalyada 28 yaşlı qadın selfi çəkərkən uçurumdan yıxıldı - Video
-
Dünya08:25
Alyaskada itən təyyarə tapıldı: bütün sərnişinlər ölüb
-
Magazin206:46
Ən yaraşıqlı "mafiya başçısı" - Foto