Nida Xəbər
Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO/VİDEO

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin bu ilin ilk konqresi keçirilir.
Publika.az xəbər verir ki, tədbirdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edir.
İkigünlük tədbirin ilk günündə konqres iştirakçıları Yeni Kaledoniyanın Adət-Ənənə Senatını, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını və Yeni Kaledoniyalı siyasi məhbuslarına dəstək kollektivini ziyarət edib, müzakirələr aparıblar.
Bakı Təşəbbüs Qrupunun nümayəndəsinə viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresdə iştirak edə bilməyib.
Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.

-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?