Nida Xəbər
Abdulbari Gözəli əvəzləyəcək şəxs məlum oldu
Yanvarın 18-də vəfat edən “Azərsun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdulbari Gözəli oğlu Əhməd Gözəl əvəzləyəcək.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gözəlin Müşahidə Şirasının yeni sədri olacağı dəqiqləşib.
Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, “Azersun Holding” MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gözəl “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.
Məlumata görə, Abdulbari Gözəl uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gözəl son aylarda “Azərsun Holdinq”in idarəçiliyində fəal iştirak edib.
Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağrılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.
Xatırladaq ki, “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 433,836,1 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637,764,479 milyon manat olub.
2023-cü ildə "Azərsun Holdinq" 1,810,868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58,312,392 manat olub.
Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir.

-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir








.jpg)
.jpg)
















.jpg)







