Nida Xəbər
Kamaləddin Qafarov: “Gənclər ölkəmizin inkişafında fəal iştirak edirlər”
“Azərbaycan Gənclərinin1996-cı il fevralın 2-də keçirilən I Forumunda etdiyi tarixi çıxışında Ümummilli Lider Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri 2 fevral – Gənclər günü münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat əlavə edib ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilməsi üçün gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, milli vətənpərvər ruhda formalaşmaları, eləcə də hər zaman dövlətin qayğısını hiss etmələri mühüm şərtlərdən biridir:
“Məhz bütün bunların həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gəncliyə qayğını hər zaman önə çəkən, eyni zamanda, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ən çox ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə mühüm sənədlər imzalayıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra -1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur”.
K.Qafarov qeyd edib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir:
“Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusi olaraq qeyd edilməlidir ki, 2003-cü ildən bəri ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların igidliyi və fədakarlığı sayəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu”.
-
Sosial11:50
“Keşlə bazarı” belə sökülür - VİDEO
-
Hadisə11:35
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti aşkarlandı - FOTO
-
Ekologiya11:05
10 dərəcə şaxta var - Faktiki hava
-
Hadisə11:00
Evi yanan vətəndaş üçün çadır quruldu - Foto/Video
-
ABŞ10:48
ABŞ-da NOTAM sistemi çökdü: uçuşlar gecikəcək
-
ABŞ09:00
Kaliforniyada GÜCLÜ PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Sosial08:48
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
-
ABŞ07:47
Dərinin elastikliyini itirməsinin 5 SƏBƏBİ