Nida Xəbər
Prezident sərəncam imzaladı - Ali təhsildə yeni mərhələ başlayır
“Ölkə başçısının imzaladığı bu sərəncam təhsilin strateji inkişafı istiqamətində bir neçə mühüm məqsədləri ehtiva edir. Belə ki, biz artıq Azərbaycanın ali təhsil sistemində yeni mərhələnin başlandığının şahidi oluruq. Qarşıya beynəlxalq ikili diplom proqramlarının sayının artırılması, onların maliyyələşdirilməsi və davamlılığının təmin olunması kimi hədəflər qoyulub ki, bu, təhsilin beynəlmiləlləşməsi baxımından vacib addımdır”.
Bu sözləri Publika.az-a açıqlamasında təhsil eksperti Mehti Kamiloğlu deyib.
O, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında iyulun 22-də imzaladığı sərəncama münasibət bildirib.
Mehti Kamiloğlu qeyd edib ki, hazırda Azərbaycanda 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat və 4 magistratura səviyyələri üzrə) həyata keçirilir. Sözügedən sərəncam isə 2030-cu ilədək həmin proqramların sayının 8-ə çatdırılmasını nəzərdə tutur: “Bu, ilk növbədə, yeni nəsil mütəxəssislərin hazırlanması deməkdir. Məhz ikili diplom proqramları vasitəsilə qabaqcıl texnologiyaların və elmi nailiyyətlərin Azərbaycan təhsilinə transferi sayəsində ölkəmizdə qlobal əmək bazarında rəqabətə davamlı mütəxəssislər yetişəcək. Həmçinin, müasir dünya universitetləri ilə birgə proqramların icrası nəticəsində Azərbaycan ali məktəblərində tədrisin keyfiyyətində və məzmununda yenilənməni, beynəlxalq akkreditasiya və reytinq sistemlərinə inteqrasiyanı müşahidə edəcəyik”.
“Sərəncamda “transmilli təhsil modeli” anlayışı vurğulanır. Bu, ondan xəbər verir ki, Azərbaycan təhsil məkanının qlobal miqyasda tanınan və qəbul edilən bir platformaya çevrilməsi hazırda əsas strateji hədəflərdəndir və nəticədə ölkəmizə təhsil üçün üz tutan xarici vətəndaşların sayı artacaqdır”, - deyə ekspert əlavə edib.

Mehti Kamiloğlu vurğulayıb ki, sərəncamda istedadlı gənclərin dəstəklənməsi ilə bağlı məqam xüsusilə diqqəti cəlb edir. Belə ki, sənəddə ikili diplom proqramlarının sayının artırılmasının Azərbaycan Respublikasının vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan yaradacağı qeyd edilir. Bu, sosial lift mexanizminin təkmilləşməsi baxımından böyük əhəmiyyət kəsb edən amil kimi qiymətləndirilməlidir.
M.Kamiloğlu yekun olaraq bildirib ki, beynəlxalq ikili diplom proqramlarının Dövlət Neft Fondu tərəfindən maliyyələşməsinə dair tapşırıq dövlətin ali təhsilin inkişafını strateji investisiya kimi qəbul etməsinin göstəricisidir və bu, həmin proqramların uzunmüddətli olmasına imkan verəcək.
Gülnar Süleymanova
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi







.jpg)






























