Nida Xəbər
Bakı 14 fələstinli tələbəni Qəzzadan təxliyə etdi
.jpg?v1758287923)
Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.
Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.
Ölkəmizə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.
Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6 nəfəri isə cari ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına qəbul olunub.
Davam edən hərbi əməliyyatlar və bölgədəki qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin ölkəmizə gəlişini mümkünsüz edib. Bu baxımdan, tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin may ayından etibarən tələbələrin ölkəmizə gətirilməsi istiqamətində iş aparıb. Tələbələr quru yolu ilə Qəzzadan çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya uçuşları təşkil olunub”, - bəyanatda bildirilib.

-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu
-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?
-
Region15:23
Ermənistan MTX rəhbəri Bakıda forumda iştirak edəcək
-
Nida Xəbər 14:56
Firad Əliyev vəzifəsindən azad olundu
-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ
-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR