Nida Xəbər
Yeni konstitusiya qəbul olunmalıdır - Qüdrət Həsənquliyev
Bu gün Bakıda Konstitusiya ili çərçivəsində “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə“ mövzusunda beynəlxalq konfrans keçirilib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldığı konfrans haqqında Gununsesi.info-ya danışıb.
Qüdrət Həsənquliyevin sözlərinə görə, 2026-cı ilin büdcəsində ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclərə 239 milyon manat ayrılması nəzərdə tutulub:
“Bu olduqca böyük vəsaitdir. Bu vəsaitin həcmi bir neçə dəfə azaldılmalı, qənaət olunan vəsait bizi qürurlu etmiş Silahlı Qüvvələrin hərbçilərinin mənzil problemlərinin həllinə sərf olunmalıdı. Sərf olunan vəsaitlər qarşılığında qeyd etdiyiniz konfransın və bu kimi digər konfransların həm təbliğat effekti, həm də hüquqi dövlət quruculuğuna təsiri çox azdır.
O konfransda hansısa ciddi təkliflərin olması və gələcəkdə hüquq islahatları çərçivəsində onların nəzərə alınması ehtimalı sıfıra yaxındır. Ona görə ki, bu tipli tədbirlərə müstəqil mövqeyi olan hüquqşünaslar yox, yalnız rəsmi şəxslər çağrılır, onlar da bir qayda olaraq mövcud konstitusiyanı tərifləyir, hüquq sistemimizdəki çatışmamazlıqlardan danışmırlar. Ölkəmizdə hakimiyyət bölgüsünə real məzmun, hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır”.
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək










.jpg)





.jpg)
.webp)




















