Region
Rusiya səfiri Xameneinin YERİNİ AÇIQLADI - Ali lider nədən çəkinir?
İranın yeni ali rəhbəri Müctəba Xamenei ölkə ərazisindədir, lakin ictimaiyyət arasında görünməməyə çalışır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov RTVI-yə müsahibəsində məlumat verib.
"İran rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, yeni lider İrandadır, lakin məlum səbəblərdən ictimaiyyət qarşısına çıxmaqdan çəkinir", - deyə diplomat bildirib.
O, hələlik İslam Respublikasının yeni ali rəhbəri ilə görüşmədiyini bildirib.
Dedov həmçinin qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Müctəba Xameneiyə təbrik teleqramı göndərən ilk şəxslərdən biri olub və İran xalqına dəstəyini ifadə edib.
Fevralın 28-də ABŞ və İsrail İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb və həmin vaxt Tehrana edilən hücum nəticəsində ali rəhbər Əli Xamenei həlak olub. Cavab olaraq İran qüvvələri İsrail ərazisinə və ABŞ-ın Yaxın Şərq regionundakı hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Müctəba Xamenei martın 8-də İslam Respublikasının yeni ali rəhbəri seçilib. Bir sıra mənbələr onun heç vaxt ictimaiyyət qarşısına çıxmamasını yaralı olması və ya komada qalması ehtimalı ilə əlaqələndiriblər.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
