Enerji
"Brent" və WTI markalı neft sürətlə bahalaşır - Yeni qiymətlər “əl yanıdır”
Londonun ICE birjasında may ayında tədarük edilməli olan "Brent" markalı neftin fyuçers qiyməti 2026-cı il martın 9-dan bəri ilk dəfə hər barel üçün 119 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi hərrac məlumatlarına istinadla məlumat yayıb.
Bakı vaxtı ilə saat 13:25-ə olan məlumata görə, "Brent"in qiyməti 118,3 dollara (+10,17%) yüksəlib. Saat 13:29 radələrində isə "Brent" hər barel üçün 119,13 dollardan (+10,94%) ticarət olunub. Eyni zamanda, WTI markalı neftin fyuçers qiyməti 98,7 dollara (+3,39%) qədər artıb. Saat 13:40-a yaxın "Brent" markalı neftin artım tempi bir qədər zəifləyərək hər barel üçün 117,98 dollar (+9,87%) təşkil edib. Həmin vaxt WTI markalı neftin qiyməti isə 2,18% artaraq barel başına 97,54 dollara çatıb.
Martın 31-də Aİ-nin energetika nazirlərinin fövqəladə onlayn görüşündən sonra keçirilən mətbuat konfransında Avropa komissarı Dan Yorqensen bəyan edib ki, İrandakı münaqişə sabah başa çatsa belə, Avropa ölkələrində neft və qazın qiymətləri əvvəlki səviyyəyə qayıtmayacaq. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri Avropa İttifaqında qazın qiyməti 70%, neftin qiyməti isə 60% artıb.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.jpg)


























