Dünya
Pezeşkian Avropaya xəbərdarlıq etdi: Bundan imtina edin
İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqını (Aİ) ABŞ-İsrail hərbi əməliyyatlarında hər hansı iştirakdan çəkinməyə çağırıb, qurumun mövqeyini qərəzli və beynəlxalq hüquqa zidd kimi tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Avropa Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı aparan Pezeşkian ABŞ və İsrailin hücumlarını hüquqi normaların və beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib.
O vurğulayıb ki, Hörmüz boğazı təcavüzkar dövlətlərlə və onların tərəfdarları ilə əlaqəli gəmilər üçün bağlı qalacaq.
Pezeşkian Avropa ölkələrini İrana qarşı mənfi və qeyri-konstruktiv yanaşmadan imtina etməyə və bunun əvəzinə beynəlxalq hüquqa əsaslanan, konstruktiv əməkdaşlığı təşviq edən siyasət yürütməyə çağırıb.
İranın özünümüdafiə hüququnu təsdiqləyən Pezeşkian bildirib ki, regionda davam edən qeyri-sabitlik, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət, birbaşa ABŞ və İsrailin düşmən hərəkətlərinin nəticəsidir.
Roza
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO




































