Nida Xəbər
Onlayn mediaya ayrılan məbləğ 5 min oldu
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Publika.az xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Qeyd edək ki, müsabiqəyə 26 noyabr 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

-
Rəsmi xronika13:51MM Prezident və xanımını təbrik etdi
-
Dünya13:31Laricani öldürüldü - İsraildən iddia
-
ABŞ11:43Sələfləri Trampı İran məsələsinə görə yalançı çıxartdılar: Danışmamışıq
-
Köşə10:44Çit torbalardan asılan xatirələr: İlaxır çərşənbənin müqəddəs intizarı
-
Yaxın Şərq10:38Böyük savaş: 6500-dən çox döyüş uçuşu - ABŞ İrana hücumun şok detallarını açıqladı
-
Dünya10:02Gözlər ora dikildi: Kərkük nefti yenidən Ceyhana axacaq
-
Nida Xəbər 09:50Bu ölkənin nəhəng hərbi təyyarəsi Ermənistan üzərindən Bakıya niyə uçubmuş?
-
Yaxın Şərq09:12Müctəba Xamenei ilə bağlı İrandan yeni xəbər gəldi: Tezliklə...








.jpg)

.jpg)
















.jpg)








