Nida Xəbər
Türkiyədə məşhurların kütləvi həbsi: Görün bu dəfə kimlər saxlanıldı - SİYAHI
İstanbul Baş Prokurorluğunun narkotik və psixotrop maddələrlə bağlı apardığı istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, istintaq çərçivəsində Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna İstanbul Jandarm Komandanlığının əməkdaşları tərəfindən saxlanılıblar.
İstanbul Jandarm Komandanlığının əməkdaşları tərəfindən 18 dekabr 2025-ci il tarixində yerli vaxtla saat 07:00-dan etibarən İstanbulun Sarıyer, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında yerləşən 7 ünvanda axtarış aparılıb.
Əməliyyat İstanbul Cumhuriyyət Baş Prokurorluğunun 2025/219794 CBS nömrəli cinayət işi çərçivəsində, ictimaiyyət arasında tanınan bəzi şəxslərin narkotik və ya psixotrop maddə istifadə etməsi ilə bağlı yaranan şübhələr əsasında həyata keçirilib. Tədbirlər zamanı 7 şübhəli şəxs barəsində prosessual tədbir görülüb.
Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın yaşadığı ünvandan təxminən 5 qram marixuana və marixuana üyüdən aparat aşkar edilərək götürülüb.
Barələrində saxlanılma qərarı verilən Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız jandarm əməkdaşları tərəfindən yaxalanaraq gözaltına alınıb.
Digər şübhəlilər - Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə qeydiyyatda olduqları ünvanlarda tapılmayıb. Onların axtarışının davam etdirildiyi bildirilir.
Faktla bağlı istintaq davam edir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir







.webp)




.jpg)








.jpg)













