Nida Xəbər
Paşinyan Türkiyə və Azərbaycanla sərhəddəki dəmir yolu stansiyaları ilə bağlı əmr verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu stansiyalarının vəziyyətinin yoxlanılmasını əmr edib.
Publika.az xəbər verir ki, müzakirə hökumətin bu gün keçirilən iclasında İcevan yaxınlığındakı Getahovit kəndində stadion tikintisi üçün özəl torpaq sahəsinin alınmasına təxminən 330 milyon dram (860.000 dollar) ayrılması qərarından sonra başlayıb.
Bu stadionun 2029-cu ildə keçiriləcək Gənclər arasında dünya çempionatının (Ermənistanla Gürcüstan birgə keçirəcək) keçiriləcəyi məkanlardan biri olması planlaşdırılır.
“Buna nail olmaq üçün Ermənistanın UEFA standartlarına cavab verən dörd stadiona ehtiyacı var. Buna görə də hökumət Vanadzordakı stadionu yenidən qurur və tezliklə “Akademqorodok” layihəsinə əsaslanan milli stadionun layihəsi hazırlanacaq. Özəl investor həmçinin Eçmiədzində stadion tikir”, - Paşinyan qeyd edib.
Paşinyan bildirib ki, İcevandakı stadion şəhərin dəmir yolu stansiyasının yanında tikilib. Azərbaycanla sərhədin açılması perspektivi və bu istiqamətdə yük daşımalarının artması nəzərə alınmaqla, stansiyada yeni yük terminalı üçün yer olmaya bilər.
Buna görə də, digər sərhəd dəmir yolu stansiyaları ətrafında - Yerasxda (Naxçıvanla sərhəddə) və Axuryanda (Türkiyə ilə sərhəddə) boş yer standartlarına riayət edilib-edilmədiyini yoxlamaq lazımdır.
Tural
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi


































