Nida Xəbər
Samir Vəliyev: Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinin heç bir əsası yoxdur
“Avropa Parlamentinin dekabrın 18-də Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. Yalan və böhtandan ibarət olan bu “sənəd” ölkəmizin inkişafını istəməyən qüvvələrin sifarişi nəticəsində ortaya çıxıb”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki, Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur. Bu fakt bir daha təşkilatın korrupsiyaya qurşanmasının göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyev təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da bunun bariz nümunəsidir.
Digər tərəfdən, təşkilat bu mövqeyi ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir. Hazırda bölgədə sabitlik hökm sürür, tərəflər 8 avqust Vaşinqton razılaşmasına uyğun olaraq etimad quruculuğu yönündə addımlar atır. Avropa Parlamenti isə öz mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.
Samir Vəliyev qeyd edib ki, təşkilatın qəbul etdiyi qətnamənin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinin əsasını təşkil edir.
“Artıq Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı qəbul edərək öz mövqeyini ifadə edib. Təşkilatın qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda Avropa Parlamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”,-deyə deputat vurğulayıb.
-
Nida Xəbər 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin118:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi
-
Hadisə16:34Ağakərim vəfat etdi
-
MDB16:03Rusiyanın real durumu: Putin həlak olmuş əsgərin arvadından ÜZR İSTƏDİ
-
İdman15:07Messiyə Hindistanda 1,1 milyon dollarlıq hədiyyə verildi: Nadirdir - FOTO
-
Magazin214:30Məşhurların həbsi davam edir: “Muhteşem Yüzyıl”ın ulduzu da saxlanıldı - FOTO






.jpg)

.jpg)


















