Nida Xəbər
Adil Kərimli Qətərin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 18 dekabr - Qətər Dövlətinin Milli Günü münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə dəvətli qonaq qismində iştirak edib.
Publika.az xəbər verir ki, Qətər Dövlətinin Milli Təntənəli Tədbirlər Komitəsinin təşkilatçılığı ilə 18-20 dekabr tarixlərində Ummu Salal Məhəmməd rayonundakı Darbu Səin iqamətgahında keçirilən Milli Gün tədbirləri bu il “Səninlə birlikdə yüksəlir və səndən gözləyir” şüarı altında gerçəkləşib. Tədbirlər çərçivəsində Qətər Dövlətinin tarixi, milli dəyərləri, mədəni irsi və müasir inkişaf mərhələsini əks etdirən geniş proqram təqdim olunub.
Rəsmi proqram zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qətər Dövlətinin mədəniyyət naziri Əbdürrəhman bin Hamad əl-Tani göstərilən diqqət və ehtirama görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Qətər Dövlətinin Milli Günü ölkənin dövlətçilik tarixinin, milli birliyinin və mədəni kimliyinin təcəssümü olmaqla yanaşı, hər il beynəlxalq qonaqların iştirakı ilə yüksək səviyyədə qeyd olunan mühüm dövlət bayramıdır.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































