Nida Xəbər
Rumıniyada Azərbaycanın memarlığına həsr edilmiş fotosərgi təşkil olundu
Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində Azərbaycan tərəfi iştirak edib.
Publika.az xəbər verir ki, bu il tədbir “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş fotosərgi təşkil olunub. Sərgilənən fotoşəkillərdə Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların nümunələri əks olunub. Eyni zamanda, fotoşəkillərdə Azərbaycanda mövcud olan mina probleminə diqqət yetirilib. Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasında həyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlər barədə danışıb. Səfir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İlin” elan edildiyini, bu ilin may ayında BMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini xatırladıb. Səfir, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkərək, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını qeyd edib.
Sərginin açılışında rumıniyalı senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxış edib. O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Xankəndi və Şuşa şəhərlərinə etdiyi səfərdən danışıb. Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı












.jpg)























