Nida Xəbər
Rusiya Zəngəzur dəhlizində olmayacaq: Köçəryandan sensasion iddia
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın TRIPP layihəsinin həyata keçirilməsində iştirak etməyəcəyinə əmindir.
Publika.az xəbər verir ki, o, bunu bu gün, yanvarın 29-da keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının MDB üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiyanın layihədə iştirakı ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
“Kim dedi ki, Rusiyanın TRIPP layihəsində iştirak edəcək? Əksinə, ABŞ İranla yaxşı münasibətləri olan heç bir ölkənin bu layihədə iştirak etməməsi üçün əlindən gələni edəcək. Şəxsən məndə belə bir təəssürat yarandı və məhz bu səbəbdən bu layihənin əsl məqsədlərinə şübhə ilə yanaşıram”, - deyə Köçəryan bildirib.
O, Rusiya və ya Çinin qoşulacağı təqdirdə TRIPP layihəsini "hər iki əllə" alqışlayacağını etiraf edib. Bu, İranın layihə ilə bağlı narahatlıqlarını aradan qaldıracaq, lakin hazırda belə bir şey baş vermir.
"Mən bunu mümkün hesab etmirəm. Konstantin Zatuliinn niyə bu açıqlamanı verdiyini bilmirəm, amma şəxsən mənim heç bir məlumatım yoxdur və Ermənistanın Rusiyanı bu layihəyə hər hansı bir şəkildə cəlb etməyə çalışdığına inanmaq üçün heç bir səbəb görmürəm", - deyə o bildirib.
Xatırladaq ki, Konstantin Zatulin bildirmişdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tənqidləri yayındırmaq və "günahı Moskvanın üzərinə yıxmaq" üçün Rusiyanı TRIPP layihəsinə cəlb etməyə çalışır.
Tural
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

































.jpg)


