Nida Xəbər
Paşinyan Azərbaycanla Ermənistanın birgə biznes imkanı haqda: Üçüncü ölkələrə sata bilərik
Ermənistan və Azərbaycan artıq elektrik enerjisini üçüncü ölkələrə ixrac edə bilərlər.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə Ermənistanın iki ölkənin elektrik şəbəkələrini birləşdirməkdə maraqlı olması ilə bağlı sualı cavablandırarkən bildirib.
Paşinyan qeyd edib ki, hər iki ölkədəki artıq elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı yaradır. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın elektrik şəbəkəsindən tranzit edə biləcək, Azərbaycan isə Naxçıvana təchizat da daxil olmaqla, Ermənistanın elektrik şəbəkəsindən tranzit edə biləcək.
Baş nazir əlavə edib ki, Ermənistanın enerji ixrac potensialı nədənsə reallaşdırılmasa belə, Ermənistan ən azı tranzit gəliri əldə edəcək.
"Hələlik konkret layihələr açıqlanmayıb, amma siyasi anlaşma var. Biz vəziyyəti təhlil etdik - düşünürəm ki, Azərbaycan da təhlil edib - və burada heç bir təhdid görmürük. Əksinə, biz sülhün möhkəmləndirilməsinə xidmət edən iqtisadi imkanlar görürük", - baş nazir bildirib.
Xatırladaq ki, Paşinyan bu yaxınlarda parlamentdə Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi perspektivləri barədə danışıb.
Tural
-
Nida Xəbər 15:51Əli Əsədov yeni qərar imzaladı
-
Region15:30Köçəryan Paşinyanı Türkiyənin agenti adlandırdı: Təkcə Hakan Fidan deyil...
-
Sosial15:00Yeni qərar verildi: Bakıdan Sumqayıta taksi qiyməti 50 manatdan baha oldu - FOTOFAKT
-
Sosial14:15"Bu evlərlə bağlı amnistiya tətbiq olunsa..." - Ekspert
-
Nida Xəbər 13:32Onlar əsgərlikdən tamamilə azad edilir
-
Dünya13:20Radarlardan itən təyyarə tapıldı: Qəzaya uğrayıb - VİDEOSU YAYILDI/YENİLƏNDİ
-
İdman12:15Luis Enrike "Qarabağ"ı arzulayır: Bezmişik...
-
Magazin211:48Hər şey ortaya çıxdı: Görün Xalq artistini kim maliyyələşdirirmiş - FOTO



























.jpg)





