Nida Xəbər
“Prezident mükafatını aldığım gün babam vəfat etmişdi...”
“Prezident mükafatına layiq görülmək böyük qürur və sevinc hissidir. Eyni zamanda bu, ciddi məsuliyyətdir. Çünki bu ada layiq olmaqla yanaşı, onu ömür boyu doğrultmaq və daşımaq bizim üçün böyük borcdur”.
Publika.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında dövlət başçısının yanvarın 30-u imzaladığı Sərəncamla Prezident mükafatına layiq görülmüş Sərxan Ağadadaşov deyib.
O qeyd edib ki, bu onun dövlət başçısının layiq gördüyü növbəti mükafatıdır: “İlk mükafatımı 2022-ci ildə keçirilən “TEKNOFEST”də almışam. Həmin müsabiqədə iki nominasiya üzrə qalib olub. Nominasiyalardan birinin kuboku Prezident İlham Əliyev, digəri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib”.
Sərxan Ağadadaşov bildirib ki, Prezident mükafatını aldığını öyrəndiyi an onun üçün bir qədər çətin olub: “Çünki həmin gün babam vəfat etmişdi. Onu dəfn etdikdən sonra bu xəbəri aldım. Çox istərdim ki, babam bu uğurumun sevincini yaşaya biləydi. Bir gənc olaraq böyüklərimizi sevindirmək, ölkə rəhbərliyinin etimadını doğrultmaq bizim üçün həm şərəf, həm də borcdur”.
O, gələcək hədəfləri ilə bağlı da məlumat verib: “Mən hazırda Milli Aviasiya Akademiyasında Pilotsuz uçuş aparatları qrupunun rəhbəriyəm və müdafiə sənayesində mühəndis olaraq bəzi layihələrdə iştirak edirəm. Orta təhsilimi Qusar şəhərində 1 saylı tam orta məktəbdə, ali təhsilimi isə Milli Aviasiya Akademiyasında almışam, hazırda orada doktorantura təhsilimi davam etdirirəm. Gələcəkdə pilotsuz uçuş aparatları və süni intellekt sahəsində Azərbaycanı dünyada tanıtmaq istəyirəm. Düşünürəm ki, bu sahədə əsas addımları biz ilkin olaraq kadrlar yetişdirməklə, yaşından, ixtisasından asılı olmayaraq marağı olan gəncləri ətrafımıza toplayaraq onların inkişafına çalışmaqla, yəni onlara dərs keçməklə, təlim keçməklə atmalıyıq”.
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
















.jpg)


















