Nida Xəbər
O generala ərə gedən, bu generalın bacısı qızıdır - FOTO
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyev özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.

Ehtiram Xəlilov
Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.
Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.

Həcər Mirzəyeva
Siyasi fəaliyyətə isə erkən yaşlardan qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.
İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, "Peşə medalı” ilə təltif edilib, həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə "İlin ən fəal gənci” nominasiyası üzrə Fəxri Fərman alıb.

Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.
-
Dünya16:42Pezeşkian öz heyətinə əmr verdi: ABŞ-la danışıqlara başlayın
-
Sağlamlıq15:30Qaynadılmış suyun qorxunc fəsadları: Ekspert elə şeylər danışdı ki...
-
Nida Xəbər 15:00O generala ərə gedən, bu generalın bacısı qızıdır - FOTO
-
İdman14:18Yeddiqat dünya çempionu Kardaşyanla eşq yaşayır? - Romantik gecə keçirdilər
-
İdman13:12"Sabah" "Qarabağ"ı taxtdan salacaq? - "Nyukasl" səddini keçsələr, vəziyyət gərginləşəcək
-
Avropa13:00Almaniyanın Rusiyaya qarşı yeni planı: Avropada çaxnaşma yarandı
-
Nida Xəbər 12:3067 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - FOTO
-
Dünya12:06Cinayət dünyasının lideri belə öldü: Xəbəri prezident paylaşdı















.jpg)
















.jpg)






