Nida Xəbər
İcra başçısından sonra o da işdən çıxarıldı
Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.
Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.
Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.
Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.
Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...










.jpg)

























