Nida Xəbər
"Rəqəmsal həllərin geniş formatda istifadəsi aktual çaǧırış kimi qəbul edilməlidir"
"Son dövrlər respublikamızda dövlət maliyyəsinin idarə edilməsi istiqaməti üzrə həyata keçirilən institusional və sistemli islahatlar makroiqtisadi siyasətin müxtəlif komponentləri üzrə müsbət dinamikanın formalaşmasına köklənib. Belə ki, hazırda rəqəmsal həllərin, informasiya texnologiyalarının, o cümlədən makromüstəvidə, iqtisadi sistemlərdə geniş formatda istifadəsi, ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı bir trend kimi deyil, aktual çaǧırış kimi qəbul edilməlidir. Çünki, sözügedən məsələ iqtisadi proseslərin sürətlənməsinə, eyni zamanda, idarəetmə qərarlarının effektivliyinin yüksəldilməsinə xidmət edir".
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək:
"Şübhəsiz ki, dõvlət maliyyə resurslarının qenerasiyası, eləcə də onların xərclənməsi üzrə müvafiq innovativ rəqəmsal qərarların tətbiqi ölkəmizin iqtisadi imkanlarını genişləndirməli, müvafiq dövlət təşkilatlarının inkişaf institutları kimi fəaliyyət gõstərmələri üçün münbit platformanın yaradılmasına xidmət etməlidir".
"Təbii ki, belə olan halda həyata keçirilməli tədbirlər üçün tələb olunan qanunvericilik bazasının, hüquqi və normativ əsasların təminatı zəruridir.
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mexanizmi iqtisadi çaǧırışlardan qaynaqlanaraq, bir tərəfdən dövlət maliyyə resurslarının əmələ gəlməsi prosesinə, digər tərəfdən isə dövlət xərclərinin effektivliyinin təmin edilməsinə müvafiq şərait yaratmalıdır", - deyən Samir Vəliyev əlavə edib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin effektiv fəaliyyət göstərməsi iqtisadi artımın əsas təkanverici amillərindən olan investisiyaların keyfiyyət göstəricilərinə pozitiv impuls verməlidir.
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto














.jpg)




















