Nida Xəbər
İsrail və Azərbaycan arasında süni intellektlə bağlı tarixi anlaşma - FOTO
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, mərasim İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Tərəflər yüksək məhsuldarlı hesablama infrastrukturu, vacib mülki sektorlarda süni intellekt tətbiqi, mütəxəssislərin hazırlanması və birgə tədqiqatlar aparmaq sahələrində tərəfdaşlıqlarını dərinləşdirməyi planlaşdırırlar.
Netanyahu süni intellektin müasir dövrün bir aləti olduğunu və Azərbaycanla əməkdaşlığın ölkənin bu sahədə liderliyini gücləndirməyə kömək edəcəyini qeyd edib. İsrailin Baş naziri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə xoş arzularını çatdırmağı xahiş edib və İsrailə səfərini səbirsizliklə gözlədiyini qeyd edib.
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO






























.jpg)



