Nida Xəbər
Netanyahu Prezidenti İsrailə dəvət etdi - “Bu il Yerusəlimdə”
Xəbər verdiyimiz kimi, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın yeni və mühüm mərhələsi kimi qiymətləndirilən süni intellekt (AI) sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərasimdə çıxış edən Baş nazir Benyamin Netanyahu ölkələrimiz arasında uzun illərdir davam edən möhkəm dostluq əlaqələrini vurğulayıb:
“Bizim əla tərəfdaşlığımız var və bu, uzun illərdir davam edir. İllər əvvəl Azərbaycana ilk səfərimi xoş xatirələrlə xatırlayıram. Sonra ikinci səfərimdə orada baş verən böyük dəyişikliyi, böyük inkişafı gördüm. Əlbəttə ki, illər keçdikcə, dostluğumuz çiçəkləndi”.
“Mən bunu alqışlayıram və bilirəm ki, general Eskel etibarlı müttəfiqimiz Azərbaycanla ən yaxşı şəkildə əməkdaşlıq etmək üçün hər şeyi edəcək. Bizim bir çox planlarımız var. Əminəm ki, onlar haqqında daha çox eşidəcəksiniz, amma düşünürəm ki, bu saziş aramızda yaxın münasibətlərin qurulmasında daha bir addımdır”, – deyə Baş nazir söyləyib.
Netanyahu həmçinin Prezident İlham Əliyevi Yerusəlimə rəsmi səfərə dəvət edib:
“Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Prezidentə deyə bilərsiniz ki, biz həmişə “gələn il Yerusəlimdə” deyirik. İndi isə “Bu il Yerusəlimdə” olsun. O, çox səmimi və isti qarşılanacaq”.
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var

































