Nida Xəbər
Azərbaycanla Ermənistan bu əraziləri dəyişdirir? - Mirzoyandan sensasion açıqlama
Ermənistan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etmir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin vitse-prezidenti İqnazio Kassis ilə birgə mətbuat konfransında “Sputnik Ermənistan”ın sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər məsələyə konstruktiv yanaşırlar.
“Heç bir razılaşmanı əvvəlcədən mühakimə etmək istəmirəm, amma deyə bilərəm ki, əgər Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisindən başqa bir dövlətə bir şey köçürüləcəksə və ya bir şey alınacaqsa - yəni ərazi dəyişikliyi olarsa - bu məsələ ümumxalq səsverməsi tələb edir. Və bu belə də olacaq, bundan qaçmaq olmaz”, - Mirzoyan bildirib.
Onun fikrincə, anklavların mübadiləsi mümkün həll yollarından biridir, amma yeganə deyil.
"Yəni nəzəri olaraq mütənasib ərazilər dəyişdirilə bilər. Deyə bilərəm ki, onlar da konstruktiv yanaşma nümayiş etdirirlər. Nəticə necə olacaq? Səsverməyə qoyulacaq", - Mirzoyan bildirib.
Müəllif: Tural
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya

























.jpg)









