Digər
6 ayda 12,0 milyard manatlıq alış-veriş
Yanvar-iyun aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 12,0 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əmtəə satılıb.
Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 49,5 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3 faiz bəndi artıb.
Cari ilin birinci yarısında elektron pərakəndə ticarət
dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə
artaraq 6,0 milyon manat təşkil edib. Əhali onlayn rejimində
sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin,
7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb.
Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları
təşkil edib.
2015-ci ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz artaraq 473,1 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 202,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 270,9 milyon manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü