Digər
DİN Mingəçevir hadisələri ilə bağlı açıqlama yaydı - RƏSMİ
Daxili İşlər Nazirliyi Mingəçevir hadisələri ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən Publika.az-a daxil olan xəbərdə bildirilir ki, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyevin inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atıb.
Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol vermiş və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstəriblər.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yararsız hala salınıb.
İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.
Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk.
Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək.
-
Magazin119:12
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
İdman18:53
Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
-
Nida Xəbər 18:10
Müdafiə naziri idarə rəisini İŞDƏN ÇIXARDI
-
Dünya17:43
Rusiyanın Zelenskiyə cavabı gecikmədi: Vladimir getdikcə...
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?