Digər
Putinə Suriyaya ordu yeritməyə icazə verildi – SON DƏQİQƏ
Rusiyanın Federasiya Şurası bugünkü iclasında Silahlı Qüvvələrdən xaricdə istifadə edilməsi məsələsinə baxacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Müzakirələr mətbuata qapalı aparılacaq.
Xatırladaq ki, 2014-cü il martın 1-də Federasiya Şurasının qəbul etdiyi qətnamə Rusiya prezidentinə Ukraynada silahlı qüvvələrdən istifadə etməyə icazə verirdi. Lakin sonradan Putinin müraciəti əsasında həmin qətnamə ləğv edilib.
Son günlərdə isə dünya KİV-i Rusiya ordusunun Suriya və İraqda anti-İŞİD əməliyyatlarında mümkün iştirakından yazır. Rusiyanın bu əməliyyatlara hava gücləri ilə qatılacağı bildirilir.
***
Rusiyanın Federasiya Şurası Suriyada anti-İŞİD əməliyyatlarında iştirak etmək üçün ölkənin silahlı qüvvələrinə icazə verib. Senatorlar Rusiya prezidenti Vladimir Putinin bununla bağlı müraciətini yekdilliklə bəyənib.
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, söhbət yalnız Suriya rejiminə hava dəstəyindən gedir. Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirakı üçün isə rəsmi Dəməşqin müraciəti lazımdır.
Ömər Dağlı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf