Dünya Bankı neftlə bağlı proqnozunu açıqladı
Bizi izləyin

Digər

Dünya Bankı neftlə bağlı proqnozunu açıqladı

Dünya Bankı 2015-ci ildə bir barel neftin qiyməti üçün əvvəlki (aprel ayı) 53 dollar proqnozuna qayıdıb.

Publika.az xəbər verir ki, bank bu proqnozunu 2016-cı il üçün də şamil edib. DB öz proqnozunda ona əsaslanır ki, OPEK xam neft təklifini idarə etmək üçün hər hansı bir addımdan çəkinəcək və dünya iqtisadiyyatında pisləşmə baş verməyəcək. Bu proqnoz OPEK-in hazırkı siyasətini əks etdirir, geosiyası gərginliyin azalması, İrandan təklifin artması və həmçinin dünya iqtisadiyyatının mötədil artımına əsaslanır.

Mövcud istehsal güclərinin ölçüsü ilə yanaşı xüsusilə ABŞ-da şist neft istehsalı üçün – bu faktorlar onu deməyə imkan verir ki, neft qiymətləri aşağı səviyyədə qalacaq və 2016-cl ildə bir barel üçün 53 dollar təşkil edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm