9 ayda əsas kapitala 11831,2 milyon manat yönəldilib
Bizi izləyin

Digər

9 ayda əsas kapitala 11831,2 milyon manat yönəldilib

Yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 11831,2 milyon manat vəsait yönəldilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitlərin 74 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 0,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 6 faiz artıb. İstifadə olunan vəsaitin 7206,4 milyon manatı və ya 60,9 faizi məhsul istehsalı obyektlərinin, 3822,9 milyon manatı (32,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 801,9 milyon manatı (6,8faizi) isə ümumi sahəsi 1327,4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 31,6 faizi dövlət, 68,4 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi isə ümumi sərmayənin 58 faizini təşkil edib. Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 8209,8 milyon manat, bank kreditləri 660,5 milyon manat, büdcə vəsaitləri 2211,8 milyon manat, büdcədənkənar fondların vəsaitləri 210,7 milyon manat, əhalinin şəxsi vəsaitləri 385,1 milyon manat, sair vəsaitlər 153,3 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm