Bank aktivlərinin təsnifləşdirilməsi qaydaları dəyişdi
Bizi izləyin

Digər

Bank aktivlərinin təsnifləşdirilməsi qaydaları dəyişdi

Azərbaycan banklarının aktivlərinin təsnifləşdirilməsi qaydaları dəyişib. O cümlədən bankların mümkün zərərlərinin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarına da dəyişiklik edilib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər aparılıb. Dəyişikliyə əsasən, nəzarət altında olan aktivlər əvvəlki kimi 5% deyil, 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1% səviyyəsində təsdiqlənib.

Bundan başqa, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması qaydaları da dəyişdirilib. Belə ki, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər 6 ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda həyata keçirilir.

İstehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər, aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması həyata keçirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm