• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

"Bakcell" LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

"Bakcell" LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir.

"Bakcell" şirkəti Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur. Eyni zamanda, Bakcell şirkəti ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.

2015-ci ilin may ayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra Bakcell dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başladı. Bakcell şirkətinin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər.

Bakcell 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:

Ölkə

Operatorun adı

1

Belçika

Belgacom Proximus

2

Çex Respublikası

Vodafone

3

Fransa

SFR

4

Almaniya

Vodafone

5

Almaniya

T-Mobile

6

Yunanıstan

Vodafone Panafon

7

Honq Konq

Hong Kong Telecommunications (HKT) (CSL)

8

İrlandiya

Vodafone

9

İtaliya

Vodafone

10

İtaliya

TIM

11

Koreya

KT Corporation

12

Lüksemburq

Tango

13

Portuqaliya

Vodafone

14

Rumıniya

Vodafone

15

Rusiya

MTS

16

Rusiya

Megafon

17

Rusiya

Vimpelcom (Beeline)

18

Cənubi Afrika

Vodafone

19

Şri-Lanka

Dialog Axiata PLC

20

Yeni Zelandiya

Vodafone

21

İspaniya

Vodafone

22

İspaniya

Orange

23

Niderland

Vodafone

24

Niderland

KPN

25

Birləşmiş Krallıq

Vodafone

26

ABŞ

AT&T

27

ABŞ

T-Mobile

4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar Bakcell şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətli və daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldə edirlərr. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı artıq 32-yə çatıb.

Bakcell şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.

“Şəbəkəmizin inkişaf etdirilməsi, o cümlədən 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş böyük investisiyalar çərçivəsində Bakcell şirkəti Azərbaycana gələn xarici qonaqlara və əlbəttə, xarici ölkələrə tez-tez səfər edən abunəçilərinə 4G LTE xidmətini təklif etməkdən məmnunluq duyur. Şəbəkəmizdə ən son texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərləri zamanı istədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız Bakcell şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər. Biz öz rouminq tərəfdaşlarımızın siyahısının genişləndirilməsi istiqamətində işləri davam etdiririk”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk beşliyə daxil olan ölkələrin siyahısı:

Ölkə

İstifadəçilər

Rusiya

49.81%

Almaniya

7.80%

İtaliya

7.66%

Birləşmiş Krallıq

7.42%

Niderland

3.34%

Qeyd: Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.

Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.

Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, Bakcell orta hesabla 30 Mb/san həcmində yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir.

Halal Nemət

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR