Digər
NATO rəsmisi: "Biz Azərbaycana təklif edirik ki..."
Publika.Az NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə
xüsusi nümayəndəsi Ceyms Apaturaiın “Azadlıq Radiosu”na
müsahibəsini təqdim edir.
- NATO-nun Ermənistan, Azərbaycan və Moldova ilə
əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan tədbirlər planına nə
daxildir?
- Əvvəla, onu qeyd edim ki, həmin ölkələrin razılığı olmadan hər
hansı iş tutulmayacaq. Bu bir təklifdir. Digər tərəfdən biz
anlayırıq ki, bunlar fərqli-fərqli ölkələrdir, istədikləri
fərqlidir, müxtəlif orientasiyaları var. Amma onları birləşdirən
cəhət ondan ibarətdir ki, bizim onların hər üçü ilə əməkdaşlıq
razılaşmamız var və həmin razılaşmaların yenilənmə vaxtı gəlir. Biz
indi onlara nə təklif edə bilərik? Məsələn, daha yüksək səviyyədə
siyasi dialoq, daha çox siyasi məsləhətləşmə. İkincisi, onların
hərbi sahədə transformasiyasına dəstək.
Konkret olaraq Ermənistana və Azərbaycana gəldikdə,
Apaturai deyib ki, Gömrük İttifaqına qoşulmasına baxmayaraq,
Ermənistan NATO ilə əməkdaşlığı zəiflətməyib.
- Biz müdafiə sahəsində transformasiya işində onlara dəstək vermək
istəyirik, onlar da bunu istəyir. Azərbaycanın enerji kimi
sahələrdə maraqları var. Azərbaycan bizə əməliyyatlarda da dəstək
verir və biz buna görə ona minnətdarıq. Bu baxımdan biz enerji
təhlükəsizliyi kimi məsələləri nəzərdən keçirə və həm də baxa
bilərik ki, görək, daha nələr etmək olar.
Apaturai qeyd edib ki, indi əsas prioritet Moldovadır. Moldova
NATO-dan kömək istəyib və alyans ona təhlükəsizliyini təmin etməkdə
köməklik edəcək.
NATO təmsilçisi bildirib ki, artıq sözügedən ölkələrin
Brüsseldəki səfirlərinə müraciət edilib ki, hansı sahələrdə yardım
qəbul etmək istəyərlər. NATO sözügedən ölkələrlə əməkdaşlığı yaxın
aylarda yeniləyə bilər.
Apaturaiın bildirdyinə görə, NATO-nun 1200-ə qədər əməkdaşlıq
layihələri var. Onların arasından hansılarsa seçilə bilər.
- Bu o deməkdirmi ki, Ermənistan, Azərbaycan və Moldova
artıq gələcəkdə NATO-ya üzv olmaq yolundadırlar?
- Əlbəttə yox, bu üç dövlətin heç biri NATO-ya üzv olmağa can
atmır. Moldova neytraldır. Ermənistanın alyansa qoşulmaq istəyi
yoxdur, bildiyimə görə, Azərbaycanda da belə istək yoxdur.
Moldovanın istədiyi odur ki, Rusiya tərəfdən təzyiq hiss etdiyi
üçün ona təcili köməklik göstərilsin. Moldova yalnızca Rusiyanin
təzyiqi altında olduğunu hiss etmir. Rusiya ona təzyiq edir ki,
Avropayönlü siyasətini dəyişdirsin. Bu həm hərbi təzyiqdir, həm
qazı kəsmək hədəsi. Bu, Rusiyada yaşayan moldovalıları oradan
çıxarmaq təhdidir. Bu, Moldovanın Rusiya bazarlarına çıxışını
kəsmək hədəsidir. Bu, realdır.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO