Digər
Adnan Oktarın "kedicikləri"nə qadağa: "Qızlar olmayacaq"
Azərbaycanda "Harun Yəhya" kimi tanınan Adnan Oktara məxsus A9 telekanalındakı "Sohbetler" proqramında studiyada yarıçılpaq oturaraq Qurandan və İslamdan danışan, "kediciklər" adlanan qadınlar Türkiyədə siyasətçiləri də sinirləndirib.
Türkiyənin baş nazirinin müavini Bülent Arınc
bu proqramı rüsvayçılıq hesab edir.
Bursa şəhərindəki Tayyare Kültür Mərkəzində təşkil olunmuş "Uzaktakı yakın" sloqanlı Beynəlxalq Hz.Uftadə simpozrumunda çıxıq edərkən Bülent Arınc deyib: "Çox dünyəviləşdik, amma bəziləri özlərini həddən ziyadə bilgili sayırlar. Bu işin pis tərəfidir. Onlar özlərini çox mömin, çox ağıllı hesab edirlər. Necib Fazil deyərdi ki, "Əvvəllər çətinliklər böyük buz dağları kimi idi, biz nəfəsimizlə o buzları əritdik, indi palçıq əlindən tərpənmək olmur". İndi də guya yol göstərənlər var.
Saçı ilə, saqqalı ilə, geyimləri ilə ətrafına topladığı üç-beş
adamla iş gördüklərini sanırlar. Yaxşılarından Allah razı olsun,
amma çoxunin işi pozulub. Bəzən telekanallara baxırıq.
Yanındakılarla "hahaha", "hihihi", "inşallah", "maşallah" - başqa
bir şey yox. "Kediciklər", bilmərəm "nəciklər". Bunlar da iş
gördüklərini zənn edirlər. İslam, iman, Quran, ədəb, namus,
abır-həyadan əsər-əlamət yoxdur. Əvvəllər qazan-tava satan biri
var, indi İslamdan, Qurandan danıhır. Ad çəkmirəm, bilən bilir.
Belələri İslama çox ziyan vurur. Bu adamlara inananlar arasında
uşaqlarını, həyat yoldaşlarını, varidatını itirənlər var.
Belələrinə baxıb "müsəlmanlıq budursa, mən qaçdım" deyənlər də var.
Bu səbəbdən də pis adamlardan nümunə götürmək gərək deyil.
Beləçləri nə qədər danışırsa, ortalıqda palçıq o qədər artır,
ayaqlarımız palçığa batır. Bunlardan nə qədər uzaq olsaq, haqqa o
qədər yaxın olarıq. Müsəlmanlıq çox gözəldir".
B.Arıncın bü sözlərinə A.Oktar dərhal cavab verib. O, özünün A9
telekanalında "kediciklər"in bir daha proqramlara
qatılmayacaqnlarını deyib.
"Qızlar artıq efirə çıxmayacaq. Studiyada kişilər olacaqn. Biz burada İslamdan danışırıq. Amma başqa telekanalardda da dekolteli qadınlar var. Onlara da bir söz deyin", - Adnan Oktar söyləyib. /Milli.az/
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ